Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə əlaqə saxlayıb.
Unikal.org-un "Milliyetə istinadən verdiyi xəbərə görə, Rusiya lideri Ərdoğanı konstitusiyaya dəyişikliklə bağlı keçirilən referendumda əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Tərəflər Rusiya- Türkiyə əlaqələrinin tənzimlənməsi məsələsini də müzakirə ediblər.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, 51 faiz "evetlə konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilib və ölkə prezident respublikasına keçid yolunda əsas addımı atıb.