Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsi ilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.