Çox vaxt mağazaların vitrinlərinin şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dietik məhsullarla bəzəndiyini müşahidə edirik. Bu xəstəlikdən əziyyət çəkən insanlar da pullarından keçərək belə məhsulları alaraq qəbul edirlər. Görəsən həqiqətən bu məhsullar dietikdir?

Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova da Unikal.org-a vitrinlərdə şəkər
xəstələrinə üçün ziyan olan məhsullar satılır: "Hər bir məhsulun üzərində tərkib hissəsi yazılır. Sadəcə insanlar ona əhəmiyyət vermirlər. İnsulindən və dərman pereparatlarından istifadə edən diabet xəstələri məhsulun üzərində yazılan karbohidratın miqdarına diqqət etməlidir. Təəssüflər olsun ki, marketlərin şəkər xəstələri üçün nəzərdə tutualn vitrinlərində lazımsız məhsullar da satılır. Misalçün "Sladkiy Saxar. Bir vaxt biz onun həmin vitrinlərdən yığışdırlması ilə bağlı mübarizə aparmışıq. Yenə də bu məhsul satılır. Onun üzərində qeyd olunur ki, məhsulun 100 qramının 99.6 qramı natural şəkərdir. Cəmi 0.4 qram şəkər əvəzedici varsa, deməli bu şəkərli diabet xəstəsi üçün zərərlidir. Ucuz olduğu üçün insanlar bu məhsula üstünlük verir. Şəkərli diabet xəstələrinə məslhət görərdim belə məhsullardan istifadə edib sağlamlıqlarını təhlükəyə atmasınlar.

Həsən Babayev



