Daxil işlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.

Nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib.

Qeyd edək ki, İsmayıl Əsədov Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki vəzifəsində fəaliyyət göstərirdi.

İ.Əsədov bu vəzifəyə 10 ay əvvəl - keçən ilin iyul ayında təyin olunub.