Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında "İlin favoriti" mükafatlandırma mərasimi baş tutub.
Unikal.org xəbər verir ki, tədbirdə müxtəlif sahələrdən olan insanlar mükafata layiq görülüb. Onların sırasında xalq artisti Flora Kərimova digər ikinci və üçüncü dərəcəli müğənnilər iştirak edib.
Maraqlısı budur ki, bir zamanlar bu kimi tədbirlər müğənni əlindən tərpənmək olmurdusa, indi tam əksinə. Tədbirdə ölkədə tanınan və tanınmayan stilist və modellər cəm olunub. Görünür bu da təşkilatçıların yeni taktikasıdır. Son zamanlar toy, ad günü edib pul yığan müğənnilər kimi ildə bir dəfə müfatlandırma edib bir neçə aylıq dolanmaq üçün əla fürsətdir.
Düzdür pulunu verir, mükafatını alır və bu onun öz işidir. Ancaq onlarla birlikdə xalq artistinin də eyni mükafata layiq görülməsi nə dərəcədə düzgündür? Amma görünür F.Kərimova üçün bunun bir o qədər də önəmi yoxdur.
Belə ki, sənətçi təşkilatçılıqdan ağız dolusu razılıq edib:
"Belə tədbirlər sayğı və tərbiyəni öyrədir. Yüksək səviyyədə təşkil olunmuş tədbirə görə "Show Production"a təşəkkürümü bildirirəm. Nominantların hər birini təbrik edirəm. "Flora xanım, mahnı ifa edin" demələrini çox gözlədim. Sadəcə təklif olmadı. Mən də kor peşman oturdum yerimə. Amma bir tərəfdən də deyirəm ki, belə yaxşıdır. Bilirsiniz nəyə görə? Çünki yol cavanlarındır. Bizim yaşda olanlar öz yerini cavanlara versə, yaxşıdır".big.az