Mayın 2-də Milli Məclisin plenar iclasına təqdim olunan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanun layihəsində bir sıra yeniliklər əksini tapıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, layihə aprelin 20-də MM-in İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan variantdan fərqlənir. Qanun layihəsinin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: "Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

8-ci maddəyə yeni bənd əlavə edilib: "Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: "Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır.