ATV-nin sevilən aparıcısı Afaq Gəncəlinin aktyor İlkin Həsəninin toyuna geyindiyi libası gündəm mövzusu olub.

Unikal.org xəbər verir ki, paltarın sinə hissəsinin bej rəngli parça ilə qapadılmasını bir çoxları başa düşməyib və onu açıq hesab edib. Beləcə, A.Gəncəlinin ünvanına "dərin sinə dekoltesinə görə tənqidlər yazılıb.

Aparıcı izləyicilərini tənqid edərək, libasının əslində sinə dekolteli olmadığını vurğulayıb:

"Lupalarınızı əlinizdə hazır tutun. Görün bu şəkillərdə nə tapırsız? Lupa böyüdücü şüşə deməkdir. Çox güman ki, anlamaya bilərsiz. Bunu hər kəsə şamil etmirəm. Çantanın "zamokunu məsxərəyə qoyursuz. Sizdə böyük və ciddi problem var.

Böyük ehtimalla lupanın da nə olduğunu bilmirsiz. Sizə "utanın yazmıram. Gərək tərbiyə olsun ki, utanc hissinin nə olduğunu biləsiz. Kim nəyi görmək istəyirsə, onu da görüb. Allah sizə kömək olsun.

"Gərək tərbiyə olsun ki, utanc hissinin nə olduğunu biləsiniz" - Afaq