Türkiyədə və Azərbaycanda böyük qalmaqala səbəb olan "Receb İvedik- 5 filmi Bakıda yayımlanacaq.
Şahan Gökbakarın baş rol oynadığı ekran işi mayın 4-də Nizami Kino Mərkəzində yayımlanacaq.
Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfoya kinoteatrın mətbuat xidmətinin rəhbəri Arzu Əhədova deyib.
Bildirilib ki, filmin baş qəhrəmanı yox, sadəcə komediya filmi kino mərkəzində nümayiş etdiriləcək.
Bu məqamda qeyd edək ki, yerli mətbuatda Şahanın Azərbaycana gəlməkdən, hətta "Recep İvedik -5 komediya filminin burada yayımlanmasından imtina edib.
Buna səbəb kimi filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub.