"Ailə həyatı qurmaq üçün qarşıma yaxşı biri çıxmalıdır. Hər yoldan keçənlə evlənmək olmaz".
Unikal.org xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında müğənni Niyam Salami deyib.
Şəxsi həyatı barədə danışan ifaçı ikinci dəfə ailə həyatı qurmaq barədə danışıb.
"Bunun üçün tamam başqa qadın lazımdır. Çünki fərqli insanlarıq. Çəkilişlərə gedirik, səhnəyə çıxırıq. Sabah hardasa deyəndə ki, "Niyamın ailəsi" bununla fəxr etməlidir. Ona görə evlilik mövzusu o qədər də sadə deyil".