İsveçrənin Federal Kəşfiyyat Xidməti Avropada yeni terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib.

Unikal.org-un məlumatına görə, xidmətin yaydığı son hesabatda qeyd edilib ki, İsveçrədə terror təhlükəsi hələ yüksək səviyyədədir.

Kəşfiyyat xidmətinin məlumatında qeyd olunur ki, İsveçrəyə, eləcə də Avropa ölkələrinə ən böyük terror təhlükəsi dini radikallar tərəfindən gözlənilir.