İspaniyanın paytaxtı Madrid yaxınlığında sənaye zonasında yerləşən kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

Unikal.org-un məlumatına görə, partlayışdan sonra güclü yanğın başlayıb.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilir ki, hazırda yanğınsöndürənlər yanğını tam söndürə bilməsələr də, artıq vəziyyətə nəzarət olunur.

Madrid muxtar hakimiyyəti yanğınla bağlı yaranmış şəraitin sakinlərin səhhəti üçün təhlükəli olmadığını bəyan ediblər.

Yanğının baş vermə səbəbləri məlum deyil.