Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə "Azərişıq ASC güləkmə aksiyası keçirib.

Unikal.org bildirir ki, ASC-in əməkdaşları növbəti kampaniyada iyirmi min ədəd gül əkiblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı "Azərişıq ASC tərəfindən müxtəlif tədbirlər icra olunur. 

Tədbirlər silsiləsinin davamı olaraq bu gün Bakının Nərimanov rayonunda yerləşən 110 kV-luq "BMKZ yarımstansiyasının həyətində "Azərişıq ASC-nin rəhbər şəxslərinin iştirakı ilə güləkmə aksiyasına start verilib. Qeyd edək ki, güləkmə aksiyası paralel olaraq Səhmdər Cəmiyyətin inzibati binalarının, yarımstansiyalarının, yardımçı texniki binaların və başqa əlaqədar obyektlərinin həyətlərində də davam etdirilir. Artıq "Azərişıq ASC-nin əməkdaşları inzibati bina, yarımstansiya, yardımçı texniki binalarda yaşıllaşdırma və güləkmə mərasiminə qoşulmaqla xeyli abadlaşdırma işləri görüblər.

Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. "Azərişıq ASC əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Dövlətimizin başçısının ekoloji mühitin,xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə,həmçinin "Azərişıq ASC-də yaranmış ənənəyə uyğun olaraq keçirilən növbəti gül və ağacəkmə kampaniyası çərçivəsində 20 mindən artıq gül əkilib,onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruru tədbirlər görülüb.Aksiya davam etdirilir.