Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xalqların Demokrat Partiyasından (HDP) olan deputatı Nursel Aydoğanın millət vəkilli mandatı ləğv edilib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Baş Nazirliyinin müraciəti əsasında Nursel Aydoğanın millət vəkili mandatının ləğv edilməsi ilə bağlı məhkəmə tərəfindən qərar çıxarılıb.

Məhkəmə qərarı Türkiyə Konstitusiyasının 84-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilib. Nursel Aydoğan terror təşkilatını dəstəkləməkdə və terrora çağırış etməkdə təqsirli bilinir.

Xatırladaq ki, bir müddət öncə PKK terror təşkilatını dəstəkləyən HDP-nin digər üzvü Figen Yüksekdağın da millət vəkilliyi mandatı ləğv edilib. (istipress.com)