Türkiyənin Ağrı şəhərinin Doğubayazıt vilayətinin Tendürek dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

Unikal.org.un "Posta qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 əsgər şəhid olub, 11 əsgər yaralanıb, eləcə də 5 terrorçu ölüb.

Bölgədə hava dəstəkli əməliyyat başlayıb. Yaralı əsgərlərin xəstəxanalara aparılması üçün əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər cəlb olunub.