Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub.

Unikal.org-un report-a istinadən məlumatına görə, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması ilə 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.