Səhər saatlarında İtaliyanın paytaxtı Romanın mərkəzi küçəsində partlayış baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış poçt şöbəsi yaxınlığında olmub.
Hazırda hadisə yerində yanğınsöndürən və polislərin olduğu bildirilir. Partlayış nəticəsində bir avtomobilə ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur.
Partlayışın səbəbləri məlum deyil. İlkin ehtimala görə, partlayış əldədüzətmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.