Pakistanda partlayış nəticəsində azı 25 nəfər ölüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Qeyd edək ki, əsas hədəf Maulana Senatının vitse-spiker Abdulla Qafur Heydərinin korteji olub. Ciddi xəsarət almayan vitse-spiker Kvetta hospitalına yerləşdirilib. Hadisəni üzərində partlayıcı qurğu olan terrorçu-kamikadzenin törətdiyi bildirilir.