Konqo Demokratik Respublikasının şimal-şərq hissəsində Ebola epidemiyası elan edilib.

Unikal.org xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına istinadən AFP agentliyi bildirib. Bildirilir ki, Ebola virusu üç nəfərin həyatına son qoyub. Ölkədə Ebola virusu son olaraq 2014-cü ildə qeydə alınmışdı.

 Həmin vaxt xəstəlikdən 49 insan ölmüşdü.