Sabirabad rayonunda qız iynə udub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 22 yaşlı Əfsanə Nazim qızı Mütəllimova ehtiyatsızlıqdan iynə udub. Ağrılardan əziyyət çəkən qız yaxınları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda rentgen müayinəsi aparılır.