ABŞ-ın Ohayo ştatında qocalar evində naməlum şəxs insanlara atəş açmağa başlayıb.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşı gəlib.

Polis əməkdaşı ilə naməlum şəxsin arasında baş verən atışma nəticəsində 2 qocalar evinin sakini, polis əməkdaşı və atəş açan naməlum şəxs həlak olublar.

Hazırda hadisənin araşdırması aparılır.