Azərbaycanlı "qanuni oğru, hazırda 8 saylı cəzaçəkmə müəssisində saxlanılan Nadir Səlifovun ("Lotu Quli) həbsxanalara göndərdiyi məktub yayılıb.
Rusiya KİV-nin məlumatına görə, "Lotu Quli və daha bir neçə nəfər "qanuni oğrunun imza atdığı məktubda "Şarap ləqəbi ilə tanan Vladislav Qraçın "qanuni oğru adının bərpasına qərar verilib. Söhbət ondan gedir ki, 2014-cü ilin sentyabrında "taclandırılmış "Şarapın adı mübahisə predmetinə çevrilmişdi. Buna səbəb isə bu günlərdə məhkəməsi başlayacaq "1 nömrəli kriminal Zaxari Kalaşovun ("Şakro Molodoy) "qanuni oğru adı ilə bağlı sərt qaydaları idi. "Şakro İspaniyadakı cəza müddətini başa vurub Rusiyaya qayıtdıqdan sonra "təmizləmələrə başlamışdı ki, belə görünür, "Şarap da onun "qara siyahısına düşübmüş.
"Quli ilə əks düşərgədə olan qruplar uzun müddətdir ki, maraqla gözləyirdilər ki, "Şakronun bu qərarına qarşı kim çıxa biləcək, daha doğrusu, "Şarap əsl oğrudur deyib ortaya çıxacaq. İndi "Quli bu işi öhdəsinə götürüb və onunla bərabər bir neçə nüfuzlu "qanuni oğru da məktuba imza atıb.
Qeyd edək ki, "Şarap "Qulinin dəstəyi ilə bu "tac alıbmış. "Şarap özü də hazırda həbsdədir.