İranın Şərqi Azərbaycan vilayətinin Xoy şəhərinin kəndlərinə qar yağıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından yağan qar şəhərin Qotur, Ələnd, Səfayə kəndlərini ağ örtüyə bürüyüb.
Hidrometeorologiya idarəsindən bildirilib ki, qeyri-sabit hava səraiti sabaha qədər davam edəcək.
Hazırda qarın yağmağa davam etdiyi bildirilir.