Qəbiristanlığı özünə ev seçən kişi öldükdən sonra öz istəyinə uyğun olaraq həmin yerdə dəfn olunub. Hətta yatağının altında.
Unikal.org xəbər verir ki, Bərdə sakini mərhum Hacı Nadirin əməli eşidənləri heyrətə gətirir. Milli.Az bildirir ki, o, sağ ikən qəbiristnalıqda özünə ev hazırlayıb və orada yaşayıb.
Övladlarınının hamısını eyni qəbrdə, mərtəbəli şəkildə dəfn etdirib. Məqsədi hər qəbir üçün əlavə yer tutmamaq olub.
Özü də öldükdə yaşadığı otaqda, yatağın altında özü üçün əvvəlcədən qazıb hazırladığı qəbrdə dəfn edilib.
Onun yaşadığı yer çəkiliş apardığımız vaxt qıfıllı olduğundan içəri girmək mümkün olmadı. (xezerxeber.az)