Tariyel Məhərrəmov: "Musiqi sahəsində müəllimim olmayıb

Unikal.org bu dəfə daha bir istedadlı gənc haqqında oxucuları məlumatlandıracaq.

Tariyel Məhərrəmov Mingəçevirdə doğulub. Sumqayıt Dövlət Universitetini Komputer Mühəndisliyi ixtisası üzrə bitirib.

Məlahətli səsi olan və gitarada peşəkarcasına ifa edən müsahibimiz deyir ki, heç bir musiqi təhsili yoxdur: "Artıq 4 ildir ki, gitarada ifa edirəm. Bu işdə müəllimim olmayıb. Özüm öyrənmişəm. Uşaqlıqdan musiqiyə həvəsim olub. Ancaq valideyinlərim bu sahəyə getməyə icazə verməyiblər. Onların fikirlərini nəzərə alaraq texniki sahə üzrə ali təhsil almışam.



T.Məhərrəmov qeyd edir ki, hazırda öz ixtisası üzrə çalışır: "İnternet provayderlərinin birində regionlar üzrə koordinot işləyirəm. Əmək haqqım pis deyil

Tariyel Məhərrəmov gitarada həvəskar kimi ifa etsə də restoranlardan dəvət aldığını vurğulayır: "Hazırda da müəyyən restoran və kafelərdə ifa edirəm. Gündəlik 10-20 AZN, bəzən də artıq qazanıram. Amma daimi olmur. Öz sahəm üzrə çalışmağıma baxmayaraq musiqi sahəsində işləməyə həvəsim daha çoxdur.

TRT-nin Bakı haqqında hazırladığı sujetdə yer alan müsahibimiz bildirir ki, musiqi sahəsində təhsil almaq arzusundadır: "Bir dəfə dostlarla "Bulvarda özümüz üçün ifa edirdik. "TRT Bakı haqqında sujet hazırlayırdı. Onda məni də çəkmişdilər. Avropa Oyunları zamanı amerikanlıların Bakı ilə bağlıçəkdiyi lentə aldığı reportajda da yer almışam. Bir həftə sonra həmin sujet ATV-də yayımlandı.