"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunub.
Unikal.org Qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Zamiq İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə "Xəzərdənizneftdonanma İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən "Ran Shipping və "Hilal Shippinğ şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.