Son bir ildə Azərbaycanda 60 yaşdan yuxarı evlənən və boşanan şəxslərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, 2016-ci ildə Azərbaycanda 60 və daha yuxarı yaş qurupunda olan 639 kişi nikah bağlayıb. Həmçinin sözügedən yaşda 141 qadın ailə həyatı qurub.
Bununla belə, o, həmçinin deyib ki, ötən il 60 və daha yuxarı yaş qurupunda olan 373 kişi və 173 qadın boşanıb.