Azərbaycanın keçmiş maliyyə nazirinin birinci müavini Səfər Hüseynov vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə oxu.az-a mərhumun oğlu Tural Hüseynov məlumat verib.
Təqaüddə olan Səfər Hüseynov ağır sürən xərçəng xəstəliyindən əziyyət çəkirdə. Bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Səfər Hüseyn oğlu Hüseynov 1952-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. 1995-1999-cu illərdə Azərbaycan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb. 2003-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Nizami və Suraxanı rayon şöbəsinin müdiri işləyib.