Ağdaş rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində qeydə alınıb. 

Kənd sakini, 1939-cu il təvəllüdlü Əfəndiyev Rişad Sədrəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.