Bu gün Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.