Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "42-BP-277" dövlətqeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Velosipedçinin içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.