"Silkway Travel" MMC-nin direktoru Şirzad Əfəndiyev vəfat edib.
Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Turizm Peşəkarları Assosiasiyasının rəhbəri Ruslan Quliyev məlumat verib.
Onun sözlərinə görə, mərhum bu gün dəfn ediləcək.
Allah rəhmət eləsin!
Xatırladaq ki, "Silkway Travel" 2008-ci ildən "Silkway Holding" MMC-nin tərkibində fəaliyyət göstərir. Şirkət "Azərbaycan Hava Yolları" QSC-nin aviabilet satışı üzrə eksklüziv agentidir.