Azərbaycanın Qərb bölgəsində təxminən 4-4,5 bal gücündə zəlzələ olub.
Unikal.org report-a istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:30 radələrində respublikamızın qərb bölgəsində yerləşən bir sıra rayonlarda qeydə alınıb.
Zəlzələ əsasən Tovuz, Qazax, Daşkəsən, Goranboy rayonlarında, habelə Gəncə şəhəri ərazisində hiss edilib. Qazax rayonunda yerləşən bəzi yaşayış binalarının sakinləri evlərini tərk ediblər.
Hələlik dağıntı barədə hər hansı məlumat yoxdur.