Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) dərəcəsini 0,25% artırdığını bəyan etdikdən sonra dörd ölkənin mərkəzi bankı analoji qərar qəbul edib.
Unikal.org xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.
Maraqlıdır ki, gözlənilmədən Küveyt Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq 2,75% səviyyəsində saxlayıb.
Xatırladaq ki, dünən iki gün davam edən iclasın ardından FED uçot dərəcəsini 1-1,25% səviyyəsinədək qaldırıb.