Tütün məmulatlarından istifadə edənlərin xərçəngə yoluxmaq təhlükəsi daha çoxdur.
Unikal.org axar.az-a istinadən bildirir ki,siqaret başda olmaqla, bütün tütün məmulatları boğaz xərçənginə yoluxmaq riskini 20 dəfə artırır.
Verilən məlumata görə, səsin batması bu riskin əsas göstəricilərindən biridir. Əgər 15 gündən artıq səsin batması müşahid olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Araşdırmalara görə, boğaz xərçənginə kişilərdə daha çox rast gəlinir. Belə ki, kişilərdə müşahidə olunan baş-boyun xərçəngləri arasında boğaz xərçəngi daha çox yayılıb. Sözügedən xəstəlik ilkin mərhələdə aşkarlanarsa, müalicə effektlidir.
Boğaz xərçəngindən əziyyət çəkənlərin əsas şikayətləri səsin zəifləməsi, dəyişməsi, çətin udqunmadır.