"Hindistan-Fars Körfəzi-İran- Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilməsi qərarı alınacaq.
Unikal.org xəbər verir ki, bunu Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşündə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, "Cənub-Qərb" nəqliyyat marşrutu uzunluğu 7 min 600 kilometrdir. O, qeyd edib ki, logistik məhsul artıq hazırlanıb:
"Biz ölkələr arasındakı potensialı müəyyən etmək istəyirik. Məqsədimiz odur ki, işləri elə həll edək ki, dəhliz boyu böyük yükləri daşımaq mümkün olsun".
İran Dəmir Yolları İdarəsinin baş direktoru Səid Məhəmmədzadə qeyd edib ki, "Cənub-Qərb" nəqliyyat marşrut üzrə yüklərin daşınması 10 milyard dollara başa gəlir:
"Amma bu pulun 10 faizini qoymaqla bu işi həll edə bilərik. İki ayda bir dəfə görüşüb, müzakirələr aparsaq yaxşı olar".