"Son günlər cəbhə xəttində baş verən məlum olaylar bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb. Belə bir vəziyyət, Ermənistanda 2017-ci ilin əvvəlində yaşanmışdı, bir də indilərdə"

Hərbi ekspert hesab edir ki, Azərbaycanın imkanlı insanları da hazırkı məqamda öz əsgər və zabitlərini, özü də Silahlı Qüvvələr günü öncəsi maddi həvəsləndirsələr çox gözəl olardı: "Onsuz da, bizim düşməni "başa salmaq" üçün ən uyğun və optimal yollarımızdan biri məhz onu davamlı şəkildə məhv etməyimizdir. Bu mənasız və prespektivsiz danışıqlara çox vaxt itirdiyimizdən indi daha müasir və optimal yol hesab edirəm, düşməni metodki şəkildə, davamlı məhv etmək, onu sarsıtmaqdır. Müharibə etməyə, torpaqlarımızı güc yolu ilə azad etməyə hələ ki, böyük dövlətlər o qədər də həvəsli görünmədikləri üçün təklif edirəm ki, bu üsüldan istifadə edək. Və sizi inandırım ki, tez bir zamanda bunun necə gözəl effekt verəcəyinin şahidi olacağıq. Bu deyilənləri yerinə yetirməklə yanaşı, ön xəttdə olan komandir və rəis heyətlərimiz də şəxsi heyətin həyatını qorumaq üçün bəzi əlavə tədbirləri həyata keçirməlidirlər. Sözsüz ki, son günlər verdikləri itkiləri və bundan sonra üzləşəcəkləri durumdan çıxmaq üçün namərd və xain qonşularımız bəzi addımlar atmağa hazırlaşırlar. Ona görə də, tez bir zamanda, elə bu saatlarda, bu günlərdə Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası MƏHV edilməlidir".