Əlcəzairdə ata dəhşətli hərəkət edib.
Unikal.org xəbər verir ki, sosial şəbəkədə bir nəfər daha çox bəyənmə yığmaq üçün iki yaşındakı oğlunu 15-ci mərtəbədən aşağı sallayıb. Fotoda isə bu cür qeyd edib: "1000 bəyənmə gəlməsə atacam". Şəkilə görə məsuliyyətsiz ata saxlanılıb.
Atanın bu addımı bütün dünyada şok effekti yaradıb. Sosial şəbəkələrdə insanlar yayılan şəkli müzakirə edib. Reaksiyalar nəticəsində səlahiyyətlilər hərəkətə keçib və şəxs haqqında araşdırma başlayıb.
"Sosial şəbəkə fenomeni" olmaq üçün iki yaşındakı oğlunun həyatını təhlükəyə atan ata iki il azadlıqdan məhrum edilib.