Türkiyənin Kütahya vilayətində Yıldırım Beyazıt məhəlləsində evdə yanğın hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, dərhal hadisə yerinə yağın söndürmə biriqadası gəlib və yağın söndürülüb.
Hadisənin baş vermə səbəbləri də açıqlanıb.
Belə ki, evdə tək başına yaşayan Bəkir Acar adlı şəxs sevgilisinə sürpriz etmək üçün evi güllərlə bəzəyib və ətrafına şamlar düzüb.
Şamları yandırıb qızı qarşılamağa gedib. Sevgilisi ilə evə daxil olarkən mənzilini yanğın bürüyüb.
Evdəki əşyaların yandığını görən gənc isə sinir böhranı keçirib. Gənc qız Acarı sakitləşdirməyə çalışsada evə yanğın zamanı maddi ziyan dəyib.