İraqın Mosul şəhərində İŞİD terror təşkilatı ilə hökumət qüvvələri arasında gedən döyüş zamanı bombalanmış məktəb binasında anasını itirmiş biryaşlı uşaq binada dörd günü təkbaşına ac keçirdikdən sonra İraq əsgərləri tərəfindən tapılıb.

Unikal.org "Dailymail.co.uk"-a istinadən verdiyi xəbərə görə, əsgərlər ağlayan və qorxmuş uşağa İŞİD-in Mosuldakı sonuncu istinadgahı olan Köhnə Şəhərə doğru irəliləyərkən rast gəliblər.

Hadisənin təsvir olunduğu videoda əsgər uşağın dörd gündür, heç nə yemədiyini, onun anası və babasının Bab Sincar yaxınlığındakı məktəbdə digərləri ilə birlikdə öldürüldüyünü söyləyir.

İraq ordusu bazar günü İŞİD-in Mosulda nəzarət etdiyi yeganə rayon olan Köhnə Şəhəri azad etmək məqsədilə hücuma keçib.