Bakı qonşu ölkələrə səyahət reytinqində rusiyalı turistlərin yay aylarında getmək istədikləri ikinci şəhər olub.
Unikal.org lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumat "TurStat" analitik agentliyi tərəfindən açıqlanıb.
Rusiyalı turistlərin səyahət etmək istədikləri şəhərlərin başında Astana yer alıb. Üçüncü sırada isə Minsk qərarlaşıb. Siyahıda ən bahalı şəhər Astana, ən ucuz isə Aşqabad olub. Astanada hoteldə bir günlük gecələmənin orta qiyməti 80 ABŞ dolları, Aşqabadda isə 30 dollar olduğu bildirilib.
Qeyd edək ki, may ayında rusiyalı turistlər arasında qonşu ölkələrin sağlamlıq komplekslərindən ən populyarı Naftalan olub.