Prezident İlham Əliyev "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, Fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, müsahibə elanının formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə uyğun olaraq, inzibati vəzifələrin təsnifatı üzrə vakant vəzifələrin tutulmasının ümumi şərtlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabinetinə həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.



Fərmanla Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.