Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

Unikal.org AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 350 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqda 2 həftə əvvəlki göstəricidən 2,3 dəfə və yaxud 200 mln. manat çoxdur.

Bu müddətdə notların orta illik gəlirliliyi isə 12,01%-dən 12,39%-ə yüksəlib.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi 2008-ci ilin yanvar ayında (273,36 mln. manat), ən yüksək gəlirliliyi isə ötən ay (14,98%) qeydə alınıb.