Ülkər Həsənova: "Dəfələrlə Mingəçevir İcra Hakimiyyhətinə müraciət etmişəm. Heç bir köməklik göstərilməyib

Bir neçə ay əvvəl Mingəçevir sakini 31 yaşlı dönərçi Anar Həsənlini elektrik cərəyanı vuraraq faciəvi şəkildə ölməsi barədə xəbər vermişdik.

Mərhumun xanımı Ülkər Həsənova Unikal.org-a müraciət edərək 3 körpə övladı ilə birgə çox acınacaqlı durumda olduqlarını bildirib. O, qeyd edib ki, ölümündən sonra yoldaşının çalışdığı nə "Elit kafesinin rəhbərliyi, nə də dönər aparatını təmir etməyə getdiyi və dünyasını dəyişdiyi "Bakı kafesinin rəhbərliyi onunla maralaqlanıb və başsağlığı belə verməyiblər: "Anarın 3 körpə övladı atasız qaldı. Hadisədən sonra heç bir kafenin rəhbərliyi başsağlığı belə vermədi. Hazırda övladlarımla Mingəçevirdə kirayədə yaşayıram. Çox acınacaqlı vəziyyətdəyəm. Gözdən əlil olduğum üçün işləyib övladlarıma çörək pulu belə qazana bilmirəm. İstəmirəm ki, övladlarımz anasız qalsın. Dəfələrlə Mingəçevir İcra Hakimiyyhətinə müraciət etmişəm. Heç bir köməklik göstərilməyib. Gözümə eynək almağa belə imkanım yoxdur. Çox çarəsiz durumdayam. Dövlət qurumlarından, Mingəçevirin millət vəkilindən ailə başçısını itirmiş, çarəsiz vəziyyətdə olan 3 övlad anasına, Azərbaycan xanımına köməklik göstərməklərini xahiş edirəm. Bu ayın axırı evin kira pulunu verməsəm məni çölə atacaqlar və azyaşlı övladlarımla küçədə qalmalı olacağam.

Ü. Həsənova yoldaşının ölümü ilə bağlı cinayət işi açıldığını və prokurorluqda ifadə verdiyini bildirib: "İşə Mingəçevir prokurorluğunda baxılır. İstintaqda ifadə vermişəm. Ekspertizanın rəyini oxumuşam, ancaq məni qane etməyib. Anarı dönər aparatını təmir etmək üçün çağıran iki nəfərdən şikayət etmişəm. Hadisə onların məsuliyyətsizliyi ucbatından baş verib. Anar dönər aparatını yoxlayarkən yadlarından çıxıb dönər aparatını cərəyandan ayırmayıblar. Nəticədə yoldaşımı cərəyan vurub öldürüb.






Orxan Həsənli