Dünən şəhid "Para BOKT ASC-nin "Aprel şəhidi Xaliq Əzizadəni məhkəməyə verməsi xəbəri mətbuat gündəmini zəbt etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra şəhid ailəsinin kredit borcu silindi.
Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Tahir Kərimli Unikal.org-a məsələ ilə bağlı açıqlamsında bildirib ki, dövlət müstəqilliyindən kim necə faydalanırsa, istər vəzifə, istər maddi cəhətdən, bunların hamısı o şəhidlərin qanı hesabınadır:
"Hüquqşünas kimi deyə bilərəm ki, qanunlar hamıya şamil olunur. Ancaq biz müharibə vəziyiyətindəyik, yaralarımız hələ sağalmayıb. Məmurların özlərinin imkanı var ki, o şəhid ailəsinin pulunu ödəsin. Bacım oğlu şəhid olanda onu minlərlə insan yola saldı. Onun 25 illiyini keçirəndə heç 25 nəfər gəlmədi. Şəhidlərimizə qarşı insanlarda bu qədər soyuqluq, biganəlik haradandır? Dövlət müstəqilliyindən kim necə faydalanırsa, istər vəzifə, istər maddi cəhətdən, bunların hamısı o şəhidlərin qanı hesabınadır. Ola bilməz ki, o bank müdirinin onların şəhid ailəsi olmasından xəbəri olmasın. Bu nə düşmən münasibətdir?
Deputatın fikrincə həmin bank müdiri cəzalandırılmalıdır: "Banklarının hasmının o borcları silmək imkanı var. Hətta bank müdirlərinin özlərinin buna imkanı çatır. Nə üçün məsələyə birinci vitse- prezident qarışmalı idi? Mehriban xanımın müdaxiləsindən sonra məsələ həll olundu. Həmin bank müdiri cəzalandırılmaldır. Nəyə görə o bank müdiri məsələnin bu qədər şişməsinə, cəmiyyətdə rezonans doğurmasına şərait yaradır? Niyə prezidentin siyasətinə qarşı çıxır? Belə münasibət yolverilməzdir. Hər kəs Mehriban xanımın hərəkətindən nəticə çıxarmaldır. Yəqin ki, belə problemlə üzləşən təkcə həmin şəhid ailəsi deyil.
Həsən Babayev