Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.
Unikal.org-un "report-a istinadən xəbərinə görə, hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.