Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə unikal.org-a Palatadan məlumat verilib.

Azərbaycanda 2-ci dəfə keçirilən Formula 1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər: əlaqələndirici şəxs: Azər Quluyev, email: [email protected], tel: +994 51 444 25 32.

Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.