Bakıda 31 yaşlı kişi hərəkətdə olan avtomobildən yıxılıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıbdakı döngədə baş verib. Vüsal Qasımovun idarə etdiyi ""Mitsubishi L200 markalı pikapın kuzasında olan 31 yaşlı Abuzər Qəhrəmanov maşının sərt döngəyə daxil olması zamanı müvazinətini saxlaya bilməyib. O, yolun hərəkət hissəsinə yıxılıb və ağır kəllə-beyin travması alıb. A.Qəhrəmanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.