Ağdaşda 3 gün əvvəl özünü kanala atan şəxs bu gün tapılıb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1957- ci il təvəllüdlü Namiq Məmmədov uzun müddətdir ki, qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, dərmanlar qəbul etməkdən bezdiyini vurğulayaraq intihar edib. Bu gün səhər saatlarında mərhumun meyiti Göyçay ərazisindən tapılıb.