Quba rayonunun Gədiy kəndi ərazisində "Mercedes" markalı avtomobil iki piyanı vurub.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.