Ramazan bayramında qayınatasının məzarının üstünə gedən və qəbir ətrafında otları təmizləyərkən 43 yaşlı Aytən Küçükarslanı arı vurub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Elazığda vilayətində 2 uşaq anası Aytən Küçükarslanı bayram günü Asri Qəbiristanlığına qayınatasının məzarındakı otları təmizləyərkən arı onu sancıb. Arıya qarşı allergiyası olan Küçükarslan, bir anda boğazının şişməsi nəticəsində nəfəs ala bilməyib.
Hadisədən xəbər tutan Aytənin yaxınları onu xəstəxanaya aparsalar da həyatına xilas etmək mümkün olmayıb.